EN

Narkomaniyaya qarşı mübarizə üzrə Dövlət Proqramı təsdiqləndi

Prezident İlham Əliyev "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025-30-cu illər üçün Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb...

Prezident İlham Əliyev "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025-30-cu illər üçün Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb.

Poliqon bu barədə President.az-a istinadən xəbər verir.
Azərbaycan Respublikasının Nazirlər Kabinetinə Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin əlaqələndirilməsini və icrasına nəzarəti həyata keçirmək, habelə bu sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

Sərəncamla Azərbaycan Respublikasının Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası isə Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin icrasının monitorinqini və qiymətləndirilməsini həyata keçirməli, Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin icra vəziyyəti barədə ildə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.

Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025-30-cu illər üçün DÖVLƏT PROQRAMI ilə bu linkdən tanış olmaq mümkündür.

Poliqon.info

Chosen
28
37
poliqon.info

10Sources