EN

Vəli Qasımov: "Qarabağ" buna görə Çempionlar Liqasında uğur qazanır

Veteran futbolçu Vəli Qasımov “Qarabağ”ın Çempionlar Liqasında yaxşı nəticələr qazanmasının səbəbini açıqlayıb.

İdman.biz bildirir ki, ötən gün “Qarabağ” ümumi mərhələnin ilk oyununda səfərdə “Benfika”nı 3:2 hesabı ilə məğlub edib. Qonaqların qollarını Leandro Andrade, Kamilo Duran və Aleksey Kaşuk vurub. "Benfika"da Enso Barreneçea və Vangelis Pavlidis fərqləniblər.

“Qarabağ” Azərbaycan çempionatında klub sisteminə uyğun gələn əcnəbi futbolçuların düzgün seçilməsi sayəsində fərqlənir. Onlar lazım olan oyunçuları gətirirlər. Ona görə də düzgün nəticə əldə edirlər. Komanda sisteminə uyğun oyunçuların seçilməsi çox vacibdir", - deyə Qasımov "Çempionat"a bildirib.

İdman.biz

Chosen
19
1
idman.biz

2Sources