EN

“Dokta” 9 ayda 7 dəfə cərimələndi – Şirkətdə nə baş verir?

Azərbaycanda apteklər şəbəkəsinə sahib olan “Dokta” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) barəsində maliyyə sanksiyası tətbiq edilib.

Qaynarinfo-nun məlumatına görə, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən şirkətdə operativ vergi nəzarəti həyata keçirilib.

Bu ilin 9 ayı ərzində “Dokta” MMC-də aparılan operativ vergi nəzarəti üzrə – Əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayyət olunması vəziyyəti haqqında AKT-a əsasən, əczaçılıq şirkəti bir dəfə 1000 manat, 6 dəfə ayrı-ayrılıqda 6000 min manat maliyyə sanksiyası tətbiq edilib.

Qeyd edək ki, əczaçılıq sahəsində fəaliyyət göstərən “Dokta” MMC 22 sentyabr 2008-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 1000 AZN olan şirkətin qanuni təmsilçisi Muxtarov Elməddin Fəxrəddin oğludur. Ondan əvvəl şirkəti Sadıqov Elçin Ağasadıq oğlu təmsil edib.

Millət vəkili Cavanşir Feyziyev barəsində mediada dərc edilən araşdırma materiallarında da “Dokta” MMC-nin deputata məxsus olduğu iddia edilir. Bu iddiaların təkzib olmasına dair heç bir məlumata rast gəlinmir.

Cavanşir Fyeziyevin həm də “Avromed” şirkətinin sahibi olduğu bildirilir. Bu şirkət dərman bazarının ən iri şirkətlərindən hesab edilir.

Chosen
23
4
tribunainfo.az

5Sources