EN

Nazir: "Azərbaycanda yeni sənaye müəssisələri ixrac imkanlarını genişləndirəcək"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Ölkəmizdə yeni sənaye müəssisələrinin yaradılması iqtisadi potensialın reallaşdırılması baxımından mühüm əhəmiyyət kəsb edir".
Oxu.Az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün "X" hesabında yazıb.
Nazir qeyd edib ki, Türkiyənin "Estex İplik ve Kumaş Sanayi Ticaret A.Ş." şirkətinin nümayəndələri ilə görüş zamanı Azərbaycanda tekstil istehsalı layihəsi istiqamətində əməkdaşlıq imkanları nəzərdən keçirilib.
"Bu cür təşəbbüslər ölkəmizdə sənayenin rəqabət qabiliyyətinin artırılmasına, ixrac potensialının genişləndirilməsinə və yeni iş yerlərinin yaradılmasına xidmət edir", - deyə Mikayıl Cabbarov vurğulayıb.
Chosen
69
1
oxu.az

2Sources