EN

Qırğızıstanda media əməkdaşları həbs edildi

Gununsesi saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Qırğızıstan məhkəməsi müstəqil Kloop nəşrinin iki video redaktoru Zhoomart Duulatov və Aleksandr Aleksandrovu yalan məlumat yaymaq və ictimai asayişi pozmaq ittihamı ilə beş il müddətinə azadlıqdan məhrum edib.

Bu barədə Gununsesi.info xarici mediaya istinadən xəbər verir. Nəşrin iki keçmiş mühasibi isə 3 il sınaq müddəti alıb.

Məlumata əsasən ,2025-ci ilin əvvəlində hüquq-mühafizə orqanları Kloop-un əməkdaşlarının evlərində axtarış aparıb və avadanlıqları ələ keçiriblər.

Prokurorlar daha ağır cəza tələb etmiş, vəkillər isə ittihamları əsassız hesab edirlər.

2023-cü ildə Kloop Media məhkəmə qərarı ilə ləğv olunub və o vaxtdan bəri hökumətin ciddi nəzarəti altındadır.

Hüquq müdafiəçiləri bu işi siyasi motivli sayır və Qırğızıstanda müstəqil medianın azadlığının məhdudlaşdırılması kampaniyasının bir hissəsi hesab edirlər.

Qeyd edək ki, 2020-ci ildə hakimiyyətə gələn prezident Sadır Japarov KİV-lərə ölkə rəhbərliyini “diskreditə etməyi” qadağan edən qanun qəbul edib.

Afət

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
31
icma.az

1Sources