EN

Aİ Çin və Hindistana qarşı məhdudiyyətlər hazırlayır

ain.az xəbər verir, Apa.az saytına əsaslanaraq.

Avropa İttifaqı (Aİ) Rusiya iqtisadiyyatının maliyyələşdirilməsinə yardım etdiklərinə görə Çin və Hindistana qarşı yeni sanksiyalar paketi hazırlayır.

APA xəbər verir ki, bu barədə Almaniyanın "Handelsblatt" nəşrinə istinadənməlumat məlumat yayıb.

Məlumata görə, Rusiya ilə bağlı hazırlanmış yeni sanksiya paketi çərçivəsində Aİ Rusiya neftinin idxalında iştirak edən bir sıra Çin və Hindistan banklarını və neft emalı müəssisələrini sanksiya siyahısına əlavə edəcək.

Ancaq Aİ Çin və Hindistana qarşı əlavə gömrük rüsumları tətbiq etməyəcək. Halbuki, son vaxtlar Vaşinqton Avropadan bu addımı atmasını israrla tələb edir.

Bu qərar Aİ-nin Çin və Hindistanla ticarət münasibətlərini ciddi şəkildə korlamamaq üçün daha ehtiyatlı davrandığını göstərir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
10
3
apa.az

4Sources