EN

Azərbaycan millisinin qapıçısını "Kəpəz" istəyir

“Neftçi”nin və Azərbaycan milli komandasının qapıçısı Rza Cəfərov komandanı hələ də tərk etmək ehtimalı var.

Bu barədə İdman.biz Sportal.az-a istinadən xəbər verir.

Məlumata əsasən, qapıçı “Dinamo”nun (Buxarest) transfer siyahısında yer alsa da, son anda onun Rumıniya klubuna keçidi baş tutmamışdı. “Traktor” da Cəfərovu heyətinə qatmaq istəyib. Lakin “Neftçi” Cəfərovu bu kluba da buraxmamışdı.

22 yaşlı futbolçunun klubunu dəyişsə də, Azərbaycanda qala biləcəyi gözlənilir. Belə ki, “Kəpəz” onu icarəyə götürməyi planlaşdırır.

Bu mövsüm Premyer Liqada debüt etməyən millimizin üzvünün “Dinamo”ya keçməyə can atdığı bildirilir.

İdman.biz

Chosen
27
2
idman.biz

3Sources