EN

İran XİN başçısı avropalı həmkarları ilə sanksiyalara qayıdışı müzakirə edib

Sherg.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi  Kaya Kallas, Almaniya, Fransa və Böyük Britaniyanın xarici işlər nazirləri sentyabrın 17-də İranın xarici işlər naziri Abbas Əraqçi ilə nüvə proqramına görə bu ölkəyə tətbiq edilən sanksiyalara qayıdışı (snapback) telefonla müzakirə ediblər.

"Report" xəbər verir ki, bu barədə məlumatı "Mehr" agentliyi yayıb.

Almaniya Xarici İşlər Nazirliyinin hadisə ilə bağlı yaydığı bəyanata görə, K.Kallas və Avropa "üçlüyü" nazirləri diplomatik səyləri davam etdirmək üçün iranlı həmkarları ilə telefon danışığı təşəbbüsü göstəriblər.

Bildirilib ki, İran hələ də BMT Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsinə uyğun olaraq zəruri olan ağlabatan və aydın addımlar atmayıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
2
3
sherg.az

4Sources