EN

Sumqayıtda zəncirvari qəza: “Mercedes” əvvəl maşınlara, sonra ağaca çırpıldı VİDEO

ain.az bildirir, Avtosfer portalına istinadən.

Sumqayıt şəhərində zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az-ın məlumatına görə, qəza sentybarın 17-də səhər saatlarında qeydə alınıb. Belə ki, hərəkətdə olan 90-CK-356 dövlət nömrə nişanlı “Mercedes” markalı avtomobil, 77-JK-561 dövlət nömrə nişanlı “Mercedes Axor” markalı və 50-EX-528 dövlət nömrə nişanlı “Toyota” markalı maşınlarla toqquşub. Qəzaya səbəb “Mercedes” sürücüsünün yolayrıcının keçilməsi qaydasını pozması olub. Nəticədə yük maşınına çırpılan avtomobil yoldan çıxaraq ağaca çırpılıb. Hadisə nəticəsində hər üç nəqliyyat vasitəsinə maddi ziyan dəyib. 

Qeyd edək ki, qəza yerinə polis əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır. 

Nərmin

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
31
avtosfer.az

1Sources