EN

Maskın "qızı" Nyu-York Moda Həftəsində modellik edib - FOTO

Dünyanın ən məşhur adamlarından biri olan İlon Maskın 21 yaşlı transgender qızı modelliyə başlayıb.
 
7News.Az xarici mətbuata istinadən xəbər verir ki, Vivian Vilson Nyu-York Moda Həftəsində (NYFW) dizayner Aleksis Bittarın "Miss USA 1991" temalı şousunda debüt edib.

Cənubi Karolinanı təmsil edən Vivian podiuma qısa qırmızı paltar, böyük qızıl sırğalar və Alexis Bittarın 2026-cı il qış kolleksiyasından olan "qayçı" çantası ilə çıxıb.

Xatırladaq ki, Vivian əvvəllər Nyu Yorkda "RuPaul's Drag Race All Stars"ın 10-cu mövsüm premyerası da daxil olmaqla çoxsaylı şoularda iştirak edib.
 
Chosen
8
1
7news.az

2Sources