EN

Müşviqin adından dələduzluq edildi – VİDEO

Aktyor Müşviq Şahverdiyevin adından dələduzluq edilib. 

Bizim.Media xəbər verir ki, bu barədə o, sosial media hesabında məlumat yayıb.

Müşviq qeyd edib ki, süni intellekt vasitəsi ilə onun simasından və səsindən istifadə edərək insanları qumar oyunlarına dəvət ediblər:
 

"Dostlar, bu vicdansızlar mənim videomun üstünə süni intellektlə səs yazıb və qumarı reklam ediblər. Təəssüf olsun ki, bəzi insanlar mənim reklam etdiyimə inanırlar. Amma bu sahədə olduğum 25 il ərzində qumarın nə reklamında çəkilmişəm, nə də təbliğ etmişəm. Dostlarım, ətrafım bunu yaxşı bilir. Qumar oynayanlara da tövsiyə etmişəm ki, bununla məşğul olmayın, insanı uçuruma aparır. 


Videonun orijinalı bizə aiddir. Amma orada mən başqa sözlər deyirəm. Burada isə başqa sözlər əlavə edib, sizi aldadırlar. Tövsiyəm budur ki, bu tip oyunlardan uzaq durun, həmişə uduzacaqsınız".


Bizim.Media

Chosen
5
6
bizim.media

7Sources