EN

Vahid Məmmədov: “Dörd gümüş medal belə çempionluq qızılını əvəz edə bilməz”

Azərbaycanın sərbəst güləş üzrə yığma komandası dünya çempionatından qızıl medal olmadan qayıdıb. Komanda 4 medal (0-1-3) qazanaraq komanda hesabında 4-cü yerə sahib olub və 83 xal toplayıb. Turnirin ilk üçlüyünə İran (145), ABŞ (134) və Yaponiya (111) daxil olub.

Əməkdar məşqçi, U-17 sərbəst güləş yığmasının baş məşqçisi Vahid Məmmədov turnirin nəticələrini İdman.biz-ə şərh edib.

Təcrübəli məşqçi bildirib ki, əlbəttə, çempionun olmaması pisdir: "Bəli, biz üç bürünc və bir gümüş medal qazandıq, amma dörd gümüş medal belə çempionluq qızılını əvəz edə bilməz!"

O əlavə edib ki, artıq səkkiz ildir çempionumuzun olmaması məyusedicidir. Vahid Məmmədov Xetaq Qayzumovun baş məşqçi postundakı fəaliyyətini də qiymətləndirib: "Xetaq əla idmançı olub, çıxış etdiyi dövrdə Azərbaycanın ən yaxşılarından biri idi. Mən çox istərdim ki, o, yaxşı məşqçi olsun. Düşünürəm ki, hələ özünü göstərəcək".

Vüqar Vüqarlı
İdman.biz

Chosen
21
1
idman.biz

2Sources