EN

Fətəli xan Xoyskinin 150 illik yubileyi keçiriləcək – Sərəncam

Prezident İlham Əliyev Azərbaycanın görkəmli siyasi və dövlət xadimi Fətəli xan Xoyskinin 150 illik yubileyinin keçirilməsi haqqında Sərəncam imzalayıb.

Tribunainfo.az xəbər verir ki, Sərəncama əsasən Azərbaycan Milli Elmlər Akademiyası Mədəniyyət Nazirliyi və Elm və Təhsil Nazirliyi ilə birlikdə Fətəli xan Xoyskinin 150 illik yubileyinə həsr olunmuş tədbirlər planı hazırlayıb həyata keçirməlidir.

Nazirlər Kabinetinə isə bu Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Chosen
1
45
tribunainfo.az

10Sources