EN

Prezident 2025–2030-cu illər üçün narkotiklərə qarşı mübarizə proqramını təsdiqlədi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncama əsasən, proqramın məqsədi narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəni gücləndirmək, sistemli və kompleks tədbirlərin davamlılığını təmin etməkdir.

Sənədə görə:

Nazirlər Kabineti Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin əlaqələndirilməsini və icrasına nəzarəti həyata keçirəcək.

Azərbaycan Respublikasının Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası proqramın icrasının monitorinqini və qiymətləndirilməsini aparacaq, həmçinin ildə bir dəfə Prezidentə hesabat təqdim edəcək.

Qeyd edək ki, proqram 2025–2030-cu illəri əhatə edir.

Chosen
29
33
teleqraf.com

10Sources