EN

Qazaxıstan Prezidenti Altayla bağlı araşdırma aparmağa çağırdı

BAKI, 17 sentyabr. TELEQRAF

“Qədim dövrlərdən bəri bütün türk xalqlarının qızıl beşiyi olan Altay bugünkü dünya elminin zirvəsindən dərindən öyrənməyi, araşdırmağı tələb edir”.

Teleqraf xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev “Altay - Türklərin ata-baba yurdu. Türk sivilizasiyasının formalaşma tarixi” II Beynəlxalq elmi-praktik konfransın iştirakçılarına göndərdiyi məktubunda bildirib.

“Əfsanəvi Altay vadisində yetişmiş bütün türk xalqlarının mədəni inteqrasiyasını gücləndirmək üçün genişmiqyaslı beynəlxalq dialoqun qurulması üçün hərtərəfli araşdırmalar zəruridir. Bu gün Altayın dörd tərəfi Qazaxıstan, Rusiya, Çin və Monqolustan dövlətləri tərəfindən əhatə olunub. Ona görə də bu yaxınlarda Şanxay Əməkdaşlıq Təşkilatının Tiencin sammitində “Trans-Altay Dialoqu”na başlamağı təklif etdim. Bu addım elmi, humanitar və iqtisadi əməkdaşlığın möhkəmlənməsinə töhfə verəcək.

Hamımız birləşərək türk xalqlarının tarixini, mədəniyyətini təbliğ etmək üçün çoxlu işlər görmüşük. Bununla belə, hələ görüləsi işlər çoxdur. Türk dünyası haqqında biliklərimizi sistemləşdirməliyik ki, onu gələcək nəsillərə çatdıraq”, - dövlət başçısı bildirib.

Chosen
22
teleqraf.com

1Sources