EN

ChatGPT-də uşaq versiyası olacaq: 18 yaşdan kiçik istifadəçilər üçün yeni versiya hazırlanır

ChatGPT-də

OpenAI, 18 yaşdan kiçik istifadəçilər üçün ChatGPT-nin xüsusi bir versiyasını hazırladığını açıqlayıb. Bu versiyada valideyn nəzarəti funksiyaları da olacaq.

Xalqcebhesi.az CNBC-ə istinadən xəbər verir ki, bu təşəbbüs, süni intellekt (AI) istifadə edən yeniyetmələr üçün təhlükəsizlik tədbirlərinin gücləndirilməsinə yönəlib.

OpenAI, istifadəçi 18 yaşdan kiçik olaraq tanındıqda, avtomatik olaraq uyğun ChatGPT versiyasına yönləndiriləcəyini bildirib. Bu versiya qrafik və cinsi məzmunu bloklayacaq və nadir hallarda ciddi emosional narahatlıq yarandıqda, hüquq-mühafizə orqanlarının müdaxiləsi üçün imkan yaradacaq.

Şirkət həmçinin istifadəçinin yaşını daha dəqiq müəyyən etmək üçün texnologiya üzərində işləyir. Əgər yeni sistem istifadəçinin yaşını dəqiq müəyyən edə bilməzsə, o zaman 18 yaşdan kiçik istifadəçilər üçün rejimə keçəcək.

Təhlükəsizlik yenilikləri, ABŞ-ın Federal Ticarət Komissiyasının (FTC) son araşdırmasından sonra təqdim edilib. Komissiya, süni intellektə sahib chatbotların, xüsusən də ChatGPT-nin uşaqlar və yeniyetmələr üzərində mənfi təsir göstərə biləcəyini öyrənir. Agentlik, bu şirkətlərin chatbotların "yoldaş funksiyasını yerinə yetirərkən" təhlükəsizlik qiymətləndirmələri ilə bağlı hansı addımları atdıqlarını anlamağa çalışır.

Məryəm Quliyeva

Chosen
11
1
xalqcebhesi.az

2Sources