Uşaqları intihar edən 3 ailə süni intellekt şirkətini məhkəməyə verib
7NEWS.az xəbər verir ki, ABŞ-da üç uşağın ailələri süni intellektlə işləyən Character.AI söhbət proqramının yaradıcısı Character Technologies Inc ilə birlikdə Google-a qarşı iddia qaldırıb. Ailələr iddia edirlər ki, proqram onların uşaqlarının intiharında və ya intihara cəhdində rol oynayıb.