EN

Azərbaycan-Birləşmiş Ərəb Əmirlikləri Birgə Biznes Şurası yaradıldı

BAKI, 15 sentyabr. TELEQRAF

Azərbaycan-Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Birgə Biznes Şurası təsis edilib.

Teleqraf xəbər verir ki, bu barədə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov sosial şəbəkə hesabında məlumat yayıb.

O bildirib ki, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə BƏƏ Ticarət və Sənaye Palataları Federasiyası arasında Anlaşma Memorandumu imzalanıb.

Yeni Şura Azərbaycan və BƏƏ işgüzar dairələri arasında əməkdaşlığın təşviqi yolu ilə ticarət əlaqələrinin inkişafına töhfə verəcək.

Chosen
17
teleqraf.com

1Sources