EN

Bakı metrosunun iş rejimi iki saat uzadılır

Bakı metrosu "Formula-1" günlərində sərnişinlərə saat 02:00-a qədər xidmət göstərəcək.

 

Pravda.az xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" QSC-yə istinadən xəbər verir.

 

Sentyabrın 19-dan 20-nə və 20-dən 21-nə keçən gecələrdə metro stansiyaları saat 02:00-a qədər sərnişinlərin girişinə açıq olacaq.

 

Yarış günlərində şəhər mərkəzinə yaxın stansiyalarda gücləndirilmiş iş rejimi tətbiq ediləcək, əlavə ehtiyat qatarlar hazır vəziyyətdə saxlanılacaq.

Tarix: 17 Sentyabr 2025, 17:11   
Chosen
39
32
pravda.az

10Sources