EN

Azərbaycanda qəbir yerləri bahalaşıb? - RƏSMİ CAVAB

Bakıda sevgilisini daşla öldürməkdə təqsirləndirilən İgid Rəcəbzadənin cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib.

"Cebheinfo.az" xəbər verir ki, oxu.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə qətlə yetirilən Elnarə İbrahimovanın bacısı G.İbrahimova şahid kimi dindirilib.

O bildirib ki, bacısı ilə İ.Rəcəbzadə arasında münasibət olduğundan xəbərsiz olub. O, təqsirləndirilən şəxsi bacısının işlədiyi restoranın müştərisi kimi tanıyıb:

"Bacım mənə demişdi ki, İgid bizim yerlidir. Onun Bakıya gəlməyindən altı-yeddi ay keçirdi. Biz ayrı-ayrı ünvanlarda yaşayırdıq, bacım isə başqa bir şəxslə birlikdə qalırdı. İş yerlərimiz də fərqli idi. Sonradan o da işlədiyim restoranda işə başladı. Hadisə isə bir yerdə işləməyə başladığımızdan cəmi iki gün sonra baş verdi.

Hadisə günü bacım İgidlə birlikdə köynək almağa getmişdi. Mən ona irad bildirdim ki, tanımadığın bir şəxslə iş vaxtı hara gedirsən? Daha sonra bacım mənə zəng edərək dedi ki, "bu insan məni öldürür, məni xilas et". Mən dərhal "102" xidmətinə zəng edib hadisə barədə məlumat verdim".

14 oktyabrda keçirilməsi nəzərdə tutulan növbəti iclas şahid ifadələri ilə davam edəcək.

Qeyd edək ki, 1995-ci il təvəllüdlü İgid Rəcəbzadə Sabunçu rayonu Zabrat qəsəbəsi ərazisində aralarında yaranmış mübahisə zamanı qeyri-rəsmi nikahda yaşadığı 1991-ci il təvəllüdlü Elnarə İbrahimovanın baş nahiyəsinə daş parçası ilə xəsarət yetirərək qəsdən öldürməkdə təqsirləndirilir. Onun barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham elan olunub.

"Cebheinfo.az" 

Chosen
26
cebheinfo.az

1Sources