EN

Ötən il vergi yoxlamaları nəticəsində 1,8 mlrd. manata yaxın əlavə vəsait hesablanıb

ain.az xəbər verir, Apa.az saytına əsaslanaraq.

2024-cü ildə Dövlət Vergi Xidməti (DVX) tərəfindən aparılmış nəzarət tədbirləri nəticəsində 1 milyard 764,7 milyon manat əlavə vəsait hesablanıb.

"APA-Economics"in DVX-in illik hesabatına istinadən verdiyi məlumata görə, hesablanmış əlavə vəsaitin 1 milyard 168,9 milyon manatı kameral, 530,7 milyon manatı səyyar, 65,1 milyon manatı isə operativ yoxlamaların payına düşüb.

Qeyd edək ki, ötən il kameral yoxlamaların sayı 150,6 min, səyyar yoxlamaların sayı 384, operativ nəzarət tədbirlərinin sayı isə 22,5 min təşkil edib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
69
1
apa.az

2Sources