EN

Azərbaycanda internet inqilabı: hər 10 evdən 9-nun interneti var

Media Təhlil Mərkəzinin (MTM) Dövlət Statistika Komitəsinin açıqladığı rəsmi məlumatlar əsasında apardığı təhlilə əsasən, 2015-2024-ci illərdə Azərbaycanda internetlə təmin olunan ev təsərrüfatlarının sayı 13,5% artıb. 2024-cü ilin nəticələrinə əsasən, ölkədəki mənzillərin 90,2%-i internetə çıxışla təmin edilib.

Heftelik.az-ın tehlil.az-a istinadən verdiyi məlumata görə, 2015-ci ildə ölkədəki mənzillərin cəmi 76,7%-nin internetə çıxışı var idisə, 2019-cu ildə bu göstərici 79,1% olub. Növbəti bir il ərzində ölkədəki evlərin daha 5,7%-i internetə çıxış əldə edib və 2020-ci ildə mənzillərin 84,4%-nin internetə çıxışı təmin edilib. Növbəti 4 ildə isə yüksək tempdə artım qeydə alınıb və sözügedən göstərici 90,2%-ə çatıb.

Qeyd edək ki, son 5 ildə Azərbaycanda evlərin internetlə təmin olunması işləri daha sürətlə aparılıb və bunu aşağıdakı cədvəldən də görmək mümkündür.

Rəsmi rəqəmlər əsasında aparılan təhlil göstərir ki, 2024-cü ildə əhalinin 68,8%-i mobil telefonlar vasitəsilə internetdən istifadə edib. Buna səbəb əlbəttə ki, mobil telefonların daşınmasının digər qurğular ilə müqayisədə daha əlverişli olmasıdır.

İnternetdən istifadə vasitələri arasında ikinci sırada 20,6% ilə kompüterlər yer alıb. Bu sıraya həm masaüstü kompüterlər həm də noutbuklar (notebook) daxildir.

8,6% ilə planşet internetə daxil olan vasitələr sırasında üçüncü sırada qərarlaşıb.

Telefon və kompüterlərə nisbətən planşetlərin daha az istifadə olunması statistikaya təsir edən əsas amildir.

Qalan 2% isə digər qurğuların payına düşür. Bu qurğulara misal olaraq oyun konsollarını, ağıllı saatları və s. göstərmək olar.

Əhalinin internetə çıxışı olmayan hissəsinin 37,8%-nin bu xidmətdən istifadə etməməsinin əsas səbəbi istifadə bacarıqlarının olmamasıdır. Ölkə əhalisinin 35,7%-i internetə ehtiyacının olmadığını, 9,8%-i isə internet paketlərinin və ya abunə haqlarının baha olmasını səbəb göstərib. Əhalinin 6,5%-i interneti zərərli hesab edir və ona görə də internetdən istifadə etmir. İnternet istifadəçisi olmayanların qaıan 10,2%-i isə digər səbəblərdən bu xidmətdən imtina etdiyini bildirir.

 

Chosen
35
3
heftelik.az

4Sources