EN

“Türkiyənin Qəzza xalqının yanında olmağına heç kim mane ola bilməz”

Missiya.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

“Türkiyə ədalətsizlik qarşısında susan deyil”.

Missiya.Az “TRT HABER”ə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Tarix boyu olduğu kimi, bölgəmizi qan dənizinə çevirmək istəyənlərə qarşı dik duracağıq. Biz zülmə boyun əyməyəcəyik. İsrailin amansız hücumları altında məzlum Qəzza xalqının yanında olmağımıza heç kim mane ola bilməz. Terror və qətliam zehni dalana dirənir. Bölgəmizi əsarətdə saxlayan bu çıxılmaz vəziyyət sonda qırılacaq. Barbarlıqla hərəkət edənlər tökdükləri qanda boğulacaqlar”, - deyə siyasətçi vurğulayıb.

Ərdoğan qeyd edib ki, bu gün qəlbimizin yarısı Məkkə, digər yarısı Mədinədir:

“Qüds isə bizim və iki milyard insanımızın daxil olduğu İslam dünyasının ortaq işi, yaddaşı və ortaq irsidir. Biz icazəsiz əllərin onu ləkələməsinə icazə verməyəcəyik. Biz müsəlmanlar olaraq Şərqi Qüdsdəki haqlarımızdan geri addım atmayacağıq”, - deyə siyasətçi əlavə edib.

Daşqın HəsənovMissiya.Az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
27
1
missiya.az

2Sources