EN

Qarabağ ın qələbəsi rusiyalı mərc həvəskarına milyonlar qazandırıb

ain.az bildirir, sport24.az saytına əsaslanaraq.

"Qarabağ"ın səfərdə "Benfika"nı məğlub etməsi Rusiyada bukmeker kontorlarının birinə pul qoyuluşu edən mərc həvəskarını milyonçu edib. Sport24.az xəbər verir ki, bu barədə Sport24.ru portalı məlumat yayıb.

Kontorlardan birinin (adı çəkilsə də yazmırıq - redaktor) müştərisi hesab 2:1 olarkən "Qarabağ"ın 90 dəqiqəni qalib bitirəcəyinə inanıb və 100 min rubl yatırım edib. Ağdamlıların qələbəsi isə 26 əmsal olub. Sonda mərc həvəskarı 2 milyon 600 min rubl qazanıb.

Qeyd edək ki, "Benfika" - "Qarabağ" matçı 2:3 hesabı ilə yekunlaşıb. 

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
18
sport24.az

1Sources