EN

Arif Asadov Asiya yığmasında oynayacaq

Sentyabrın 19-da Moskvada Rusiya, Avropa və dünya futbolunun ulduz-veteranlarının iştirakı ilə Əfsanələr Kuboku start götürəcək.

İdman.biz xəbər verir ki, turnirdə altı komanda mübarizə aparacaq.

Avropa Əfsanələri, Rusiya Əfsanələri, Türkiyə Əfsanələri, Serbiya Əfsanələri, Asiya Əfsanələri və dünya yığmasının heyətində futbolun yaxın keçmiş ulduzları yer alacaq.

Dünya yığmasının tərkibində Aldair, Fransisko Lima, Kevin Kuranyi və artıq “Neftçi”nin baş məşqçisi kimi tanınan Adrian Mutu oynayacaq. Rusiya yığmasının şərəfini Dmitri Aleniçev, Yuri Jirkov və azərbaycanlı Aleksandr Samedov qoruyacaq. Türkiyə yığmasında Tuncay Şanlı meydana çıxacaq. Asiya yığmasının heyətində isə ölkəmizdən yeganə nümayəndə – xüsusi dəvət almış Arif Asadov olacaq.

İdman.biz

Chosen
21
idman.biz

1Sources