EN

Aİ-nin Rusiya aktivlərindən istifadəsinə dair yeni planı

Avropa ölkələri dondurulmuş Rusiya aktivlərindən Ukraynaya yardım etmək üçün istifadənin yeni variantını araşdırır.

Qaziler.az xəbər verir ki, bu haqda Britaniyanın “Financial Times” qəzeti yazır.

Xəbərdə qeyd olunur ki, Aİ ölkələri Avropanın sıfır faizli istiqrazlarını almaq üçün Belçikanın “Euroclear” depozitarında nağd pul qalıqlarına çevrilmiş vəsaitlərdən istifadə etməyi gözləyir.

Qəzetin yazdığına görə, Rusiyanın “Euroclear”da saxlanılan 194 milyard avroluq aktivinin 170 milyard avrosunun vaxtı keçib və pul qalıqlarına çevrilib. Ukrayna vəsaiti tranşlarla alacaq.

Bundan əvvəl qeyd edilmişdi ki, dondurulmuş Rusiya aktivlərinin yerləşdiyi Belçikanın “Euroclear” şirkəti Avropa İttifaqından onların istifadəsi ilə bağlı konkret təkliflər almayıb.

Chosen
42
qaziler.az

1Sources