EN

Tailandda DƏHŞƏT: Nəzarətdən çıxan yük maşını motosikletçini vurub avtomobilin üzərinə aşdı

Oxu.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Sosial şəbəkələrdə Tailandda baş verən ağır yol-nəqliyyat hadisəsinin videosu yayılıb. Kadrlardan görünür ki, nəzarətdən çıxan yük maşını əvvəlcə motosikletçini vurub, daha sonra isə yaxınlıqda hərəkətdə olan minik avtomobilinin üzərinə aşıb.

Oxu.Az-ın yerli mediaya istinadla verdiyi məlumata görə, ağır zərbəyə baxmayaraq, motosiklet sürücüsü sağ qalıb.

O, yaralı halda xəstəxanaya yerləşdirilib, vəziyyətinin stabil olduğu bildirilir.

Avtomobil isə ciddi ziyan görüb. Hadisə yerinə polis və xilasedicilər cəlb olunublar, qəzanın səbəbləri araşdırılır.

Hadisə anının görüntüləri sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Tailandda DƏHŞƏT: Nəzarətdən çıxan yük maşını motosikletçini vurub avtomobilin üzərinə aşdı

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
17
2
oxu.az

3Sources