EN

Payızda vitamin və mineral ehtiyacları artır – Səhiyyə ekspertindən məsləhət

Payızda vitamin və mineral ehtiyacları artır.

News365.az xəbər verir ki, Səhiyyə Nazirliyinin qastroenteroloq mütəxəssisi Emin Məmmədov canlı yayımda payız mövsümündə orqanizmin ehtiyac duyduğu vitamin və minerallardan danışıb.

O bildirib ki, payızda ən çox tələb olunan vitaminlərdən biri C vitaminidir:

“C vitamini immunitet sistemini gücləndirir, soyuqdəymə və qripdən qoruyur. Onu nar, portağal, naringi, kivi, çiyələk, qırmızı bibər və kələmdən əldə etmək mümkündür”, – deyə E.Məmmədov qeyd edib.

Ekspert həmçinin D vitamininin çatışmazlığının payızda daha çox müşahidə olunduğunu bildirib:

“D vitamini sümük və əzələ sağlamlığı üçün vacibdir. Bu vitamini əsasən yumurta sarısı, müxtəlif balıq növləri və süd məhsullarından almaq olar”.

E.Məmmədov əlavə edib ki, A, E və B qrupu vitaminləri də payızda önəm daşıyır:

“B qrupu vitaminlər, xüsusilə B6 və B12, sinir sistemi və enerji mübadiləsi üçün vacibdir. Onları tam taxıllar, paxlalılar, yumurta, süd məhsulları, balıq və toyuq ətindən əldə etmək mümkündür. Bununla yanaşı, sink, dəmir və maqnezium kimi minerallar da immunitetin güclənməsində mühüm rol oynayır”.

News365.az

Chosen
19
news365.az

1Sources