BAKI, 17 sentyabr. TELEQRAF
Qazaxıstan Bakı–Tbilisi–Ceyhan boru kəməri ilə neft ixracını bərpa edib.
Teleqraf xəbər verir ki, bu barədə “KazMunayGas” şirkəti məlumat yayıb.
Bildirilir ki, 13 sentyabrda Aktau limanından Bakı–Tbilisi–Ceyhan (BTC) istiqamətində 8,8 min ton “Kaşağan” nefti yüklənib. Növbəti yükləmə 20 sentyabra planlaşdırılır.
Qeyd edilib ki, 2025-ci ilin 8 ayında Qazaxıstan neftinin BTC istiqamətində daşınma həcmi 0,9 milyon ton təşkil edib.
Xatırladaq ki, avqustda Qazaxıstan neft tədarükünü Bakı–Tbilisi–Ceyhan marşrutundan müvəqqəti olaraq Xəzər Boru Kəməri Konsorsiumuna yönləndirib. Bu addım BP şirkətinin iyulda Azərbaycan neftinin üzvi xloridlərlə çirklənməsi barədə xəbərdarlığı ilə bağlı olub.