EN

Bakıda 84 yaşlı qadını vurub öldürən avtobus sürücüsünə hökm oxundu

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Bakıda 84 yaşlı qadının ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsində təqsirləndirilən avtobus sürücüsünün işi üzrə məhkəmə prosesi başa çatıb.
Oxu.Az-ın məlumatına görə, Nizami Rayon Məhkəməsində keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Məhkəmənin hökmü ilə R.Sultanov üç il müddətinə azadlıqdan məhrum edilib. O, cəzasını məntəqə tipli cəzaçəkmə məntəqəsində çəkəcək.
İttihama görə, hadisə paytaxtın Nizami rayonu ərazisində, metronun "Qara Qarayev" stansiyasının qarşısındakı yolda baş verib. 1958-ci il təvəllüdlü R.Sultanov idarə etdiyi "Daewoo" markalı sərnişin avtobusu ilə yolu keçən paytaxt sakini, 84 yaşlı Yulduz Abduləzimzadəni vurub.
Nəticədə yaşlı qadın hadisə yerindəcə ölüb.
Samir Əli
Chosen
22
4
oxu.az

6Sources