EN

Vergi ödəyicilərin büdcəyə borcu 3 milyardı keçib

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumatına görə, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 12,2 % çoxdur. Bundan başqa, hesabat tarixinə 2 milyard 225,6 milyon manat artıq ödəmə olub.

2024-cü ildə vergi yığımları üzrə ümumilikdə 431,4 milyon manat vəsait qaytarılıb.

2024-cü ilin sonuna vergi borclarının ümumi daxilolmalarda xüsusi çəkisi 19,7% olub. Beynəlxalq Valyuta Fondunun Vergi İnzibatçılığı Diaqnostik Qiymətləndirmə Alətinə (TADAT) əsasən, büdcə ilində ümumi vergi borclarının həmin ilin sonuna olan ümumi vergi gəlirlərinə nisbəti 20 %-dən artıq olmadığı halda, müvafiq sahə üzrə inzibatçılıq lazımi səviyyədə qiymətləndirilir.

Bundan başqa, artıq ödəmələrin ümumi daxilolmalarda xüsusi çəkisi 14,1 % təşkil edib.


AzVision.az
Chosen
58
9
azvision.az

10Sources