EN

Avropa İttifaqının genişlənməsi məsələləri üzrə Komissar Marta Kos Azərbaycana səfər edir

Bakı. Trend:

Sentyabrın 18-də Avropa İttifaqının genişlənməsi məsələləri üzrəKomissar Marta Kos Bakıda olacaq.

Trend Avropaİttifaqının Azərbaycandakı nümayəndəliyinə istinadla xəbər verirki, səfər Ermənistan-Azərbaycan sülh prosesinin həlledici məqamınatəsadüf edir və regional inkişafa konkret töhfə olaraq Aİ-ninRegionlararası Əlaqələr Gündəliyini təqdim etmək imkanıyaradacaq.

Bundan əlavə, Komissar Kos Azərbaycan hakimiyyəti ilə ortaqstrateji maraqları, o cümlədən enerji, nəqliyyat və minalarəleyhinə mübarizə məsələlərini müzakirə edəcək. Marta KosAzərbaycanın Xarici İşlər Naziri Ceyhun Bayramov və İqtisadiyyatNaziri Mikayıl Cabbarov ilə yüksək səviyyəli görüşlərkeçirəcək.

Komissar həm də Ağdama səfər edəcək və orada minatəmizləməfəaliyyəti ilə məşğul olan nümayəndələrlə görüşəcək.

Chosen
17
19
az.trend.az

10Sources