EN

Beşyaşlı qız binadan yıxıldı, vəziyyəti ağırdır

Naxçıvan şəhərində azyaşlı uşaq ehtiyatsızlıqdan eyvandan yıxılıb.

Moderator.az Oxu.Az-a istinadən xəbər verir ki, hadisə Naxçıvan şəhəri, 3-cü mikrorayon ərazisindəki yaşayış binasında baş verib.

Beşmərtəbəli binanın üçüncü mərtəbəsindəki mənzillərdən birində yaşayan 2020-ci il təvəllüdlü Xədicə Heydər qızı Rzayeva evin eyvanında oynayarkən ehtiyatsızlıqdan yerə yıxılıb.

Azyaşlı qız xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib və hazırda vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Chosen
6
2
moderator.az

3Sources