Məşhur Sərxan Kərəmoğlu yeni açıqlamaları ilə gündəmə gəlib.
"Ailə dağılırsa, orada günahkar xanımdır. Xanım istəsə əri vəzir olar, istəməsə rəzil. 2 uşaq dünyaya gətirdikdən sonra ərə pisdir deyən xanımlar mənim gözümün düşmənidir. O zaman uşaq dünyaya gətirmə. 20 il əvvəl olsaydı, susardım. Amma iki uşaqla boşanırsa, günah ondadır. Hamiləlik dövründə boşanırsa, gəlin tərəfindəyəm. Qadın şiddət görürsə, anında qaçmalıdır. Yaxşı adamamsa 6 ayda bəlli edəcəyəm. İllərlə oturub, pis adam olmağımı içimdə saxlaya bilmərəm". Qeyd edək ki, Sərxanın bu fikrləri verilişdə qonaq olan müğənni Aytac Vidadiqızını özündən çıxardıb.