EN

Lökbatanda partlayan su borusu asfaltı yarıb fontan vurdu VİDEO

ain.az, Avtosfer portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Paytaxtın Qaradağ rayonu, Lökbatan qəsəbəsində xoşagəlməz mənzərə müşahidə olunub.

Avtosfer.az-ın məlumatına görə, vətəndaşlardan biri bu barədə sosial şəbəkə hesabında paylaşım edib. Hadisə bir neçə gün əvvəl axşam saatlarında qeydə alınıb. Belə ki, sözügedən ərazidən keçən yeraltı su borusunda zədələnmə baş verib.

Nəticədə yüksək təzyiqlə gələn su asfalt örtüyünü yararaq fontan şəklində yuxarı qalxıb. Güclü axın səbəbindən yolun hərəkət hissəsi zədələnib, həmçinin oradan keçən nəqliyyat vasitələrinin və piyadaların hərəkətini çətinləşdirib.

Sürücülər üçün bu hal problemə çevrilsə də, partlayan borudan sözün sui-istifadə edənlər də olub. Görüntünü qeydə alan şəxs bildirib ki, bəzi sürücülər yolda dayanaraq borudan çıxan suyla avtomobillərini yuyublar.

Nərmin

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
35
avtosfer.az

1Sources