EN

“Azərbaycanın prinsipial mövqeyi yeynəlxalq arenada diqqət cəlb edir” DEPUTAT

Gununsesi portalından verilən məlumata əsasən, ain.az bildirir.

“Azərbaycanın nümayiş etdirdiyi qətiyyətli mövqe və prinsipial yanaşma, işğala qarşı mübarizədə və beynəlxalq münasibətlərdə yeni bir dönəmin başlanğıcı kimi qiymətləndirilir”.

Bu fikri Gununsesi.info-ya açıqlamasında Milli Məclisin deputatı Elçin Mirzəbəyli deyib:

“Cənab Prezidentin rəhbərliyi altında Azərbaycan heç vaxt işğalla barışmamağı və təslim olmamağı əsas prinsiplərindən biri olaraq müəyyən edib. Bu mövqe, həm ölkə daxilində, həm də beynəlxalq aləmdə güclü bir mesaj yaratmışdır.

Əgər işğalçı Ermənistan vaxtında ciddi təzyiqlərə məruz qalsaydı və münaqişənin ədalətli həlli istiqamətində beynəlxalq dəstək göstərilsəydi, bugün biz yeni münaqişə ocaqlarının yaranmasının şahidi olmazdıq.

Azərbaycan, işğala qarşı göstərdiyi prinsipial mövqe və haqsızlığa qarşı mübarizəsi ilə beynəlxalq aləmdə sülh və təhlükəsizlik prinsiplərini müdafiə etməyə davam edir”.

Deputat əlavə edib ki, Cənubi Qafqazda və digər regionlarda baş verən proseslər, Azərbaycanın rəhbərliyinin və xalqının güclü iradəsini göstərən bir nümunədir:

“Bu yanaşma, həm də digər ölkələr üçün, xüsusən təcavüzə məruz qalan ölkələr üçün prioritet ola bilər. Beynəlxalq hüququn müdafiəsi və ədalətin bərpası istiqamətində bu cür mövqeyin sərgilənməsi, dünya miqyasında daha ədalətli və münaqişəsiz bir sistemin qurulmasına əsaslı təkan verə bilər”.

Firuzə Mahmudova

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
19
icma.az

1Sources