EN

Mövsüm keçidlərində dəriyə necə qulluq edilməlidir?

Hava dəyişdikcə dərimizin tələbatları da dəyişir. Soyuqlar başlayanda sızanaq, ekzema kimi dəri problemləri artmağa başlayır. Bəs mövsüm keçidlərində dərimizi necə qorumaq lazımdır?

 

Pravda.az xatırladır ki, dəri ətraf mühitlə birbaşa təmasda olan yeganə orqanımızdır və yaşlanma prosesinə yalnız genetik və daxili amillər deyil, həm də ətraf mühit təsirləri böyük təsir göstərir. Mövsüm dəyişkənliyində temperatur, rütubət, külək və ultrabənövşəyi şüaların dəyişməsi dərimizə mənfi təsir edir.

 

Yayda isti hava və rütubətin artması ilə dərinin məsamələri açılır, sebum istehsalı azalır, damarlar genişlənir. Yayın sonlarına yaxın isə dərinin ən üst qatında qalınlaşma baş verir, uzunmüddətli ultrabənövşəyi zərər nəticəsində isə dərinin ortaq qatında (kollagen və elastin qatında) nazilmə olur. Bu, dəridə səth və dərin piqmentasiya problemlərinə, damarların görünməsinin artmasına, mövcud dəri xəstəlikləri və allergiyaların şiddətlənməsinə səbəb olur. Nəticədə dəri daha quruyur, yağsızlaşır və xarici təsirlərə qarşı həssaslaşır.

 

Soyuq hava dərimizə necə təsir edir?

 

Soyuqda məsamələr sıxlaşır, yağ-sebum istehsalı artır. Qan dövranı istiliyi qorumaq üçün qanı dərinin dərinlərinə çəkir, buna görə də dərinin qan təchizatı azalır, dərimiz solğun və cansız görünür. Külək isə dəridə ani nəm itkisinə və səthdə quruluq, çatlamalara yol açır.

 

Soyuq havada dəri problemləri nədir?

 

Yayda azalan sızanaq və ekzema kimi problemlər qışda yenidən ortaya çıxır. Yayda ultrabənövşəyi işığın müalicəedici təsiri azalır. Bundan əlavə, yaydan soyuq mövsümə nəm itkisi, kollagen zədələnməsi və damarların genişlənməsi ilə hazırlıqsız keçid allergik reaksiyaların, quruluğun və dəri zədələnməsinin artmasına gətirib çıxarır. Qoruyucu funksiyası zəifləyən dəri daha həssas və reaktiv olur, ona görə də daha çox qayğı tələb edir.

 

Soyuq havaya dərimizi necə hazırlamalıyıq?

 

Əvvəlcə dərinin ölü hüceyrələrlə qalınlaşmış üst qatını təmizləmək lazımdır. Bunun üçün təbii meyvə turşularından istifadə olunur. Bu metod dəridə quruluq, ləkə, qırış və sızanaq izlərinin dərinliyinə görə fərqli konsentrasiyalarda tətbiq edilir. Hər payız 2-3 seans və ya daha ciddi hallarda tam müalicə olaraq istifadə oluna bilər. Bu, dərini parlaq, hamar edir, məsamələri sıxlaşdırır və incə qırışları azaldır.

 

Dərin izlər və ləkələr üçün lazerlə soyma prosedurları, kimyəvi pilinq və mezolifting kimi metodlar mövsümsüz dövrlərdə daha faydalıdır. Mezolifting dərinin dərin qatlarını müalicə edir və dəridə itirilmiş nəmlə, vitamin, amin turşuları və mineral dəstəyi kiçik iynələrlə yeridilir. Bu müalicə siqaret, alkoqol, stress, hava çirkliliyi və yaşlanmanın təsirlərini azaltmaq və dərini yenidən qurmaq məqsədi daşıyır.

 

Dərinin bütövlüyü unutulmamalıdır

 

Əllərdə və boyun-dekoltə bölgəsində yaranan sallanma, ləkələr üçün mezoterapi, pilinq, kriyoterapi və lazer kimi müalicələr tətbiq oluna bilər. Mezoterapi növlərindən olan PRP (platelet rich plasma) enjeksiyonu isə qan trombositlərinin güclü bərpa xüsusiyyətindən istifadə edərək dəriyə tətbiq edilir və anti-yaşlanma effekti göstərir.

 

Doğru qulluq və nəmləndirmə də əsasdır. Soyuq havada dərinin nəmini qorumaq üçün yağ istehsalı artır. Buna görə dərinin dərin nəmləndirilməsi üçün serumlar və maskalar istifadə edilməli, düzgün təmizlik və eksfoliasiya (ölü hüceyrələrin atılması) aparılmalı, mövsümə və dəri ehtiyaclarına uyğun məhsullar seçilməlidir.

 

Əminə Bayramova

Tarix: 17 Sentyabr 2025, 15:58   
Chosen
45
pravda.az

1Sources