EN

Təxribata cəhd edən erməninin arxasında duranlar - Rəy

Yazını böyüt
Yazını kiçilt

“Bu tipik ermənilikdir. Görünür, onların arasında hələ də xəyallarla yaşayanlar var. Buna gorə də bəziləri təsir altından çıxa bilmir. Onlar hələ də böyük Ermənistan və ölkəmizə nifrət ruhunda yaşayırlar. Xankəndidə yaşayan erməni əsilli Azərbaycan vətəndaşı da görünür beyni zəhərlənənlərdən biridir”.

Bunu hafta.az-a açıqlamasında Ədalət Partiyasının sədri Mütəllim Rəhimli bildirib.

Partiya sədri qeyd edib ki, iki il əvvəl sentyabrın 19-da başlanan birgünlük əməliyyat nəticəsində erməni terrorçu-separatçılar məğlub edilbilər. Ermənilər hərbi dəstəklərinin kəsildiyini hiss edən kimi Qarabağı tərk etməyə başlayıblar. Lakin Xankəndidə bəzi ermənilər hələ də qalmaqdadır:

“Onların təhlükəsizlikləri təmin edilməklə rahat yaşamaq üçün bütün şəraitləri var. Xankəndidə yaşayan ermənilərdən birinin terror hərəkətlərinə əl ataraq hüquq-muhafizə orqanlarının əməkdaşlarına xəsarət yetirməsi onların yaxşılıqları tez unutduğunu gostərir. Çox güman ki, o, kənar qüvvələrin təsirinə düşərək, onların təhriki ilə belə bir hərəkətə əl atıb. Azərbaycanın hüquq-mühafizə orqanları bu məsələni araşdıraraq əsl səbəbkarın üzə çıxmasına nail olmalıdır. Ondan sonra biz təxribata cəhd edən erməninin arxasında kimin dayandığını biləcəyik”.

Chosen
31
hafta.az

1Sources