Prodüser və aparıcı Tarix Əliyev (Tolik) canlı efirdə hazırda həbsdə olan müğənni Rəqsanə İsmayılova ilə bağlı açıqlama verib.
Müzakirə zamanı Tolik "Rəqsanənin əri getsin satsın evini,buraxdırsın Rəqsanəni.Burda oturmaqla deyilki?..." ifadələrini işlədib.
Qeyd edək ki, cinayət işi Sabunçu Rayon Polis İdarəsinin İstintaq İdarəsində istintaq olunur. Rəqsanə və ərinə qarşı Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq-xüsusilə külli miqdarda törədildikdə) maddəsi ilə ittiham verilib. Dəymiş ziyan ödənilmədiyi halda bu maddə ilə təqsirli bilinən şəxs 10 ildən 14 ilə kimi azadlıqdan məhrum edilə bilər.