EN

Hüseyn qızlarına verdiyi mülkləri açıqladı

Klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu birinci evliliyindən olan övladlarına verdiyi mülklərdən danışıb.

 

Musiqiçi "Günə uğurla" verilişində iki qız övladının yaxşı yaşaması üçün onları hər şeylə təmin etdiyini bildirib:

 

"Neçə il evsiz yaşamışam. 3 evim var idi, qızlarıma hədiyyə etdim. Bir avtomobilimi də onlara verdim. Onlar mənim ürəyimdir, yaxşı yaşasınlar. Neçə il kənddə yaşadım, bunu heç kim bilmədi. Amma indi şəhərdə evimiz var".

 

Qeyd edək ki, Hüseynin ilk evlilikdən iki qız övladı var. O, ikinci dəfə aktrisa Aysel İbrahimova ilə ailə qurub. Cütlüyün bu nikahdan bir oğul övladı dünyaya gəlib. /Axşam.az

Tarix: 17 Sentyabr 2025, 15:48   
Chosen
18
6
pravda.az

7Sources