EN

Naxçıvanda 5 yaşlı qız eyvandan yıxılıb

Naxçıvan şəhərində 5 yaşlı uşaq eyvandan yıxılıb.

Far.Az "Report"a istinadən xəbər verir ki, hadisə şəhərin 3-cü mikrorayon ərazisində baş verib.

Beşmərtəbəli binanın 3-cü mərtəbəsində yaşayan 2020-ci il təvəllüdlü Rzayeva Xədicə Heydər qızı ehtiyatsızlıqdan eyvandan yıxılıb.

Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdirilən qızın vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Chosen
15
20
far.az

10Sources