EN

Ankara tələb etdi, İrəvan geri addım atdı

BAKI, 17 sentyabr. TELEQRAF

Ermənistan hökuməti dövlət-sərhəd möhüründən Ağrı dağının təsvirini Türkiyənin tələbi ilə çıxarmaq qərarına gəlib.

Teleqraf xəbər verir ki, bu barədə “Past” qəzeti məlumat yayıb.

Nəşr yazıb ki, sərhəddə giriş-çıxışda möhürdən Ağrı dağının təsvirinin çıxarılması Ermənistanda qalmaqal yaradıb:

“Rəsmilər məsələ ilə bağlı bəzi arqumentlər gətirirlər, həmçinin Türkiyə tərəfdən heç bir məcburetmə olmadığına inandırmağa çalışırlar. Amma qərar Türkiyə rəsmiləri arasında və mediasında geniş müzakirə mövzusuna çevrilib.

“CNN Türk” bildirib ki, Ermənistan pasportları və rəsmi sənədlərdə Ağrı dağının təsvirindən istifadə edilməsi əvvəllər Ankara və İrəvan arasında müzakirə olunub.

“Yeni Şafak” qəzeti Ağrı dağı ilə bağlı qərarı “Ermənistan iddiasınan əl çəkir” başlığı ilə oxucularına təqdim edib. Qəzetin yazdığına görə, Ermənistan hökumətinin qərarı ilə Türkiyəyə qarşı 100 illik iddia tarixə çevrilir.

Türkiyə hökumətinə yaxınlığı ilə tanınan “Hürriyet” Ağrı dağının təsvirinin möhürlərdən çıxarılması qərarını “İrəvanın xoş niyyət əlaməti və mənalı addımı” adlandırıb və qeyd edib ki, İrəvan Ankara ilə münasibətlərin normallaşması fonunda erməni diasporunun təsiri ilə formalaşmış ultra-millətçi ritorikadan əl çəkir.

“Türkiyə qəzeti” Paşinyanın Ermənistanın (Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarını ehtiva edən – red.) Müstəqillik Bəyannaməsinə istinadın Konstitusiyadan çıxarmaq niyyətini xatırladıb.

Bütün bunlar sübut edir ki, bu əməliyyat məhz Türkiyə tərəfinin təkidli tələbi ilə həyata keçirilib və Ermənistan hakimiyyəti Ağrı dağının təsvirini yığışdırmağa məcbur olub”.

Chosen
87
teleqraf.com

1Sources