EN

“Ərimi zəhərləyiblər” Yuliya Navalnaya

ain.az xəbər verir, Bakivaxti saytına əsaslanaraq.

“Həyat yoldaşımı 2024-cü ilin fevralında həbsxanada zəhərləyiblər”.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə mərhum rusiyalı müxalif siyasətçi Aleksey Navalnının həyat yoldaşı Yuliya Navalnaya teleqram kanalında paylaşım edib. 

Onun sözlərinə görə, A.Navalnının bioloji materiallarını təhlil edən iki laboratoriya bu qənaətə gəlib:

“2024-cü ilin fevralında Alekseyin bioloji materiallarını əldə edib Qərb ölkələrindən birinin laboratoriyalarına göndərə bildik. Bir neçə ay əvvəl, nəticələrin məlum olduğunu öyrəndim və bir-birindən ayrı iki laboratoriya Alekseyin zəhərləndiyini bildirib”.

Bütün sübutların xarici ölkədə olduğunu bildirən Navalnaya laboratoriyaların özlərinin nəticələri nəşr etməsini istəyib. 

“CNN”in məsələ ilə bağlı sualına cavab verən Kremlin sözçüsü Dmitri Peskov isə bildirib:

“Bu açıqlamalar barədə heç bir məlumata sahib deyiləm. Heç bir şey deyə bilmərəm. Bu, heç cür nə siyasi vəziyyətə, nə də Ukrayna ilə bağlı danışıqlar prosesinə təsir edə bilər”. 

Xatırladaq ki, A.Navalnı 2024-cü il fevralın 16-da həbsxanada vəfat edib. Rusiyanın müvafiq qurumları siyasətçinin təbii səbəblərdən öldüyünü bildirmişdi.

Bu məqamda onu da bildirək ki, A.Navalnının 2020-ci ilin avqustunda da zəhərləndiyi barədə məlumat yayılmışdı. Belə ki, Tomsk-Moskva uçuşu əsnasında Navalnının vəziyyətinin pisləşməsilə təyyarə Omsk şəhərinə təcili eniş etmiş, siyasətçi təcili yardımla xəstəxanaya aparılmışdı. Bir neçə gün sonra isə o, yaxınlarının tələbi ilə xüsusi təyyarə vasitəsilə Berlinin “Şarite” klinikasına köçürülmüşdü.

Sentyabrın 3-də isə Almaniya hökuməti Navalnının səhhəti ilə bağlı rəsmi açıqlama yaymışdı. Bəyanatda onun tərkibinə görə “Noviçok” qrupuna aid olan sinir iflicedici maddə ilə zəhərləndiyi qeyd olunmuşdu.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
32
3
bakivaxti.az

4Sources