EN

Qazaxıstan Bakı-Tbilisi-Ceyhan vasitəsilə neft ixracını bərpa edir

Qazaxıstanın "KazMunayQaz" milli şirkəti Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə neft ixracını bərpa edib. Bu barədə şirkətin saytında məlumat verilib.

“Sentyabrın 13-də Aktau limanından Bakı-Tbilisi-Ceyhan istiqamətində 8800 ton “Kaşaqan” nefti yola salınıb, növbəti yük sentyabrın 20-nə planlaşdırılıb”, - məlumatda deyilir.

Xatırladaq ki, bu marşrutla Qazaxıstan neftinin daşınması avqust ayında Azərbaycan neftinin müəyyən daşımalarında üzvi xloridlərin izləri aşkar edildikdən sonra dayandırılmışdı. SP Global Commodities at Sea-yə görə, “Azeri Light” xam neftinin çirklənməsi Aralıq dənizi ixrac sistemini pozdu, Qazaxıstan və Türkmənistandan 1800 kilometrlik BTC boru kəməri ilə daşımalara mane oldu. Qazaxıstan daha çox Rusiyanın cənubundan keçən Xəzər Boru Kəməri Konsorsiumuna (CPC) - sutkada 1,8 milyon barel (bpd) boru kəmərinə etibar etmək məcburiyyətində qaldı.

Bir qayda olaraq, Xəzər dənizi vasitəsilə Bakıya tədarük Qazaxıstanın ən böyük yataqları olan Tengiz və Kaşaqandan həyata keçirilir.

Bakı-Tbilisi-Ceyhan boru kəməri “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan neft, “Şahdəniz” yatağından kondensat və Azərbaycan Dövlət Neft Şirkətinin neftini daşıyır. Boru kəməri həmçinin Xəzər regionunun bir sıra digər ölkələrindən də neft nəql edir. BTC-nin gücü ildə 50 milyon tondan artıq neftdir.

Əziz Mustafa

Chosen
25
1
oxumeni.az

2Sources