EN

Tarixi zəfərlər və yeni inkişaf mərhələsi

Ses qazeti portalından verilən məlumata əsasən, ain.az bildirir.

Vətən müharibəsində qazandığımız tarixi Zəfərdən sonra Prezident İlham Əliyevin tapşırığına əsasən işğaldan azad edilmiş ərazilərimizdə dərhal quruculuq işlərinə başlanıldı.

2023-cü ildə antiterror tədbirləri nəticəsində Azərbaycan öz suverenliyini tam bərpa etdi. Bununla da yenidənqurma işləri bütün Qarabağ və Şərqi Zəngəzuru əhatə etmiş oldu. Məhz aparılan bu sürətli quruculuq işlərinin nəticəsidir ki, artıq minlərlə soydaşımız öz doğma yurd yerlərinə dönüblər və bu prosses sürətlə davam edir. Dövlətimizin başçısı öz doğma yurd yerlərinə dönən soydaşlarımızla görüşür və onlarla çox səmimi söhbət edir. Əminliklə deyə bilərəm ki, dünyada elə bir dövlət başçısı yoxdur ki, sadə vətəndaşları ilə bu gədər yaxın və səmimi ünsiyyət qursun. Bu, Prezident İlham Əliyevin öz xalqına olan sevgisindən irəli gəlir.

14-15 sentyabr tarixlərində dövlətimizin başçısı Füzuli rayonunun Qaraxanbəyli kəndinin təməlini qoydu, Hadrud qəsəbəsində inşa edilmiş məscidin açılışını etdi. Xocavənd rayonunun Qırmızı Bazar, Hadrud qəsəbəsinin Sos kəndinin, Xocalının Şuşakənd, Seyidbəyli, Badara və Daşbulaq kəndinə köçən sakinlərlə görüşdü. Görüşdə iştirak edən istər yaşlı, istərsə də gənc nəslin hər bir nümayəndəsi ölkə başçımıza olan böyük sevgisini dilə gətirdi. Bu insanların hər birinin üzündən sevinc yağırdı. Bu görüşlərdə bir daha şahid olduq ki, xalqımız öz liderinə inanır, güvənir və onun həyata keçirdiyi daxili və xarici siyasəti ürəkdən dəstəkləyir. Prezidentimiz hər zaman Azərbaycan xalqının milli maraqlarını uca tutub. Cənab İlham Əliyev bütün dünyaya xalqımızın nə qədər döyüşkən, təcavüzə baş əyməyən, həm də sülhsevər olduğunu göstərdi. Dövlətimizin başçısı ölkəmizin sülh tərəfdarı olduğunu bəyan etdi.

Bu il avqustun 8-də ABŞ Prezidenti Donald Trampın iştirakı ilə Ermənistanın Baş Naziri ilə görüşdə də Prezident İlham Əliyev sülh tərəfdarının Azərbaycan dövləti olduğunu bəyan etdi və müharibədə olduğu kimi sülhü də qazanmış oldu.

Azərbaycanla Ermənistan sülhə bu qədər yaxın olduğu vaxta bəzi qüvvələr hələ də iki dövlət arasında münaqişə yaratmağa çalışırlar. Xocalı sakinləri ilə görüşdə Prezidentimiz bu cür qüvvələrə bir daha mesaj ötürdü. Azərbaycan dövləti sülh tərəfdarı olmaqla yanaşı heç vaxt təcavüzlə, haqsızlıqla barışmayıb. Vətən müharibəsində və antiterror tədbirləri zamanı bir sıra ermənipərəst böyük dövlətlər Azərbaycana qarşı təzyiq göstərirdilər, lakin heç bir qüvvə qarşımızda dura bilmədi. Xocalı sakinləri ilə görüşdə Prezident İlham Əliyev bir daha Azərbaycana qarşı olan qüvvələrə xatırlatdı ki, ölkəmizə qarşı yönələcək istənilən hərbi təcavüzün qarşısı Azərbaycan Ordusu tərəfindən sərt şəkildə alınacaq və heç kəs bizi dayandıra bilməyəcək.

Kamilə Əliyeva

Bakı Dövlət Universitetinin kafedra müdiri, professor

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
22
sesqazeti.az

1Sources