Sentyabrın 16-da saat 17 radələrində metronun "28 May" stansiyasının qarşısındakı nəqliyyatı mübadilə mərkəzində bədbəxt hadisə baş verib.
Day.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, "Bakubus" MMC-yə məxsus avtobus ümumi istifadədə olan nəqliyyat vasitələri üçün ayrılmış zolağa qəfil çıxan qadını vurub.
Xəsarət alan qadın xəstəxanaya aparılıb. Məlum olub ki, xəsarət alan şəxs 1976-cı il təvəllüdlü Ləman Qarayevadır.
Faktla bağlı araşdırma aparılır.
Piyadanın vurulma anını təqdim edirik: