Ərik qurusu həm dadlı, həm də faydalı quru meyvələrdən biridir. Onun tərkibindəki lif, vitamin və minerallar bağırsaq fəaliyyətini gücləndirir, həzmi asanlaşdırır və qəbizliyin qarşısını alır.
E-saglam.az xəbər verir ki, təbii tərkibi ilə bağırsaqları təmizləyən ərik qurusu gündəlik rasionda sağlamlıq üçün dəyərli əlavə hesab olunur.
Ərik qurusunun saysız faydalarının bəzilərini təqdim edirik:
Həzmə kömək edir – Ərik qurusu yüksək miqdarda pəhriz lifi (xüsusilə həll olunmayan lif) ehtiva edir. Bu, bağırsaq hərəkətlərini sürətləndirir və qəbizliyin qarşısını alır.
Bağırsaq mikroflorasını dəstəkləyir – Lif faydalı bakteriyaların qidalanmasını təmin edərək sağlam mikrobiomun formalaşmasına şərait yaradır.
Qəbizliyi azaldır – Təbii “yumşaldıcı” təsir göstərərək nəcisin asanlıqla xaric olunmasına kömək edir.
Bağırsaqları təmizləyir – Tərkibindəki lif və təbii turşular bağırsaqlarda yığılan toksinlərin atılmasına yardım edir.
Mineral dəstəyi – Kalium və maqneziumla zəngin olduğu üçün bağırsaq əzələlərinin düzgün işləməsinə kömək edir.
Nəzrin Abbas
E-saglam.az