EN

İsveçrənin Azərbaycana investisiya qoyuluşu kəskin artıb

İsveçrənin Azərbaycan iqtisadiyyatına qoyduğu birbaşa investisiyanın həcmi illik müqayisədə 9 dəfə artıb.

Banker.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, İsveçrə ölkə iqtisadiyyatına birbaşa investisiyanın həcmi 2025-ci ilin ilk iki rübündə 226.63 milyon ABŞ dolları olub.

Bu öncəki ilin eyni dövründə 24.39 milyon dollar idi.

Əvəzində Azərbaycan isə bu ölkəyə 22.17 milyon dollar investisiya yatırıb. Bu öncəki illə təqribən eynidir.

Qeyd edək ki, ilk yarımildə Azərbaycan iqtisadiyyatına cəmi birbaşa investsiya qoyuluşu xaricdən 3 mlrd. 222.48 mln. dollar olub.

Chosen
9
banker.az

1Sources