EN

Papa Leo Qəzzada atəşkəsin vacibliyini bildirib

Azertag saytından verilən məlumata görə, ain.az xəbər verir.

Vatikan, 17 sentyabr, AZƏRTAC

Qəzzada atəşkəs və humanitar hüquqa tam hörmət olmalıdır.

AZƏRTAC xəbər verir ki, bunu Roma Katolik Kilsəsinin rəhbəri Papa XIV Leo deyib.

Pontifik qorxu içində yaşamağa davam edən və qeyri-məqbul şəraitdə sağ qalmağa çalışan əhaliyə yaxınlığını ifadə edib.

Roma Papası partlayışları dayandırmağa, girovları azad etməyə və diplomatik həll yolu tapmağa çağırıb.

“Atəşkəs, girovların azad edilməsi, danışıqlar yolu ilə diplomatik həll və beynəlxalq humanitar hüquqa tam hörmətlə bağlı müraciətimi yeniləyirəm. Biz həqiqətən başqa bir həll axtarmalıyıq. Qoy sülh və ədalət sübhü açılsın”, - deyə Papa Leo bildirib.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Vatikan

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
43
3
azertag.az

4Sources