EN

Məktəbli uşaq gündə neçə saat yatmalıdır?

Dərs ilinin başlanması uşaqlarda yuxu rejiminin vacibliyini daha da önə çıxarıb. Sağlam böyümə, öyrənmə və streslə mübarizə üçün kifayət qədər yuxu almaq vacibdir. Əgər şagird dərs sonrası daim yorğun hiss edirsə, tez-tez xəstələnir və öyrənməyə həvəs göstərmirsə yuxu rejimi tənzimlənməlidir.

Operativ Media-nın xəbərinə görə, mütəxəssislər məktəblilərin yaşına uyğun yuxu norması olaraq aşağıdakıları tövsiyə edirlər:

  • 1–4-cü siniflər – 10–10,5 saat

  • 5–7-ci siniflər – 10,5 saat

  • 8–9-cu siniflər – 9–9,5 saat

  • 10–11-ci siniflər – 8–9 saat

  • 18–25 yaş – 7–9 saat

Valideynlər uşağın yuxu keyfiyyətini artırmaq üçün aşağıdakılara diqqət etməlidirlər:

  1. Rejimə riayət edin: Yatmaq və oyanmaq saatlarını mümkün qədər sabit saxlayın.

  2. Sakit mühit yaradın: Otağı havalandırın, işıqları söndürün və yatmazdan əvvəl kitab oxumaq üçün şərait yaradın.

  3. Qadcetlərdən uzaq durun: Smartfon və televizordan yatmadan ən azı bir saat əvvəl istifadəni dayandırın.

  4. Axşam vərdişləri formalaşdırın: Hamam, kitab oxuma və qısa gəzinti kimi rahatlaşdırıcı fəaliyyətlər yuxuya hazırlayır.

  5. Yemək vərdişlərinə diqqət edin: Şokolad, qəhvə, çay və qazlı içkilərdən uzaq durun.

  6. Fiziki fəaliyyətə dəstək olun: İbtidai sinif şagirdləri üçün gündə 3–3,5 saat, yuxarı sinif şagirdləri üçün isə 2,5 saat oyun və məşq kifayətdir. Amma yatmazdan ən azı 3 saat əvvəl ağır idmandan çəkinin.

  7. Yuxu keyfiyyətinə nəzarət edin: Tez-tez oyanma, xoruldama və yuxuda danışma hallarında mütləq həkimə müraciət edin.

İmtahan dövrlərində isə uşaqlar əlavə bir saat yuxu almalı, beləliklə yaddaş, diqqət və bilik möhkəmlənməsi yaxşılaşır.

Chosen
31
operativmedia.az

1Sources